SİYASƏT


Anar Eyvazov:Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil

Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən mövqeləri döyüşə girməkdən imtina edir.AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.A. Eyvazov deyib ki, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın kəndləri, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib. Ermənistan Müdafiə Nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil. Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil.