SİYASƏT


Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda rəşadətlə döyüşür

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəhrəmancasına döyüşür, düşmənə sarsıdıcı zərbələr vurur. Əsgər və zabitlərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməkdən və Vətən uğrunda döyüşlərdə düşmənə ağır zərbələr vurmaqdan sonsuz iftixar hissi keçirirlər.
AZƏRTAC-ın Müdafiə Nazirliyinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun zabiti hərbçilərimizin döyüş ruhunun və qələbə əzminin yüksək səviyyədə olmasını məhz bu sözlərlə ifadə edib.
İgid zabitimiz bildirib ki, Müzəffər Ali Baş Komandamızın vurğuladığı kimi, üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə dalğalanacaq. Yaşasın, Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır