CƏMİYYƏT


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyadakı ikili standartları kəskin şəkildə qınayıb

Qafqazda öz torpaqlarını qoruyan azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün bizi qınadılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyada keçirilən konfransında söyləyib. Dünyadakı ikili standartları kəskin şəkildə tənqid edən dövlət başçısı vurğulayıb ki, Türkiyəni öz yolundan heç kim döndərə bilməz.