SİYASƏT


Azərbaycan Prezidenti: bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi

Dağlıq Qarabağ bölgəsinə - azərbaycanlıların dədə-baba torpaqlarına qonşu ölkələrdən kütləvi qaydada erməni əhalisi gətirilərək yerləşdirildi. Ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar və XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu oktyabrın 26-da xalqa müraciətində Qarabağın tarixi barədə söhbətini davam etdirərkən bildirib.