SİYASƏT


Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun

Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm. Müntəzəm olaraq xalqa bütün məsələlərlə bağlı hesabat vermişəm. Bu gün də məlumat verirəm. Nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində söyləyib.