Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür

27.10.2020 [20:04]

Xəbərin mətni

Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub. AZƏRTAC xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.A. Eyvazov deyib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir. Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür.