CƏMİYYƏT


“Ukraina-24” telekanalında Ermənistanın humanitar atəşkəsi yenidən pozması barədə danışılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Ukraina-24” telekanalının xəbərlər proqramının canlı efirində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin ordusunun Azərbaycanın mülki şəxslərini qətlə yetirməsi, humanitar atəşkəs haqqında razılaşmalara riayət etməməsi barədə geniş məlumat verib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, F.Muradov Ermənistanın bilərəkdən əldə olunan humanitar atəşkəsi pozduğunu qeyd edib.