SİYASƏT


Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumlarını pisləyən veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistanın Azərbaycanın şəhərlərinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına raket hücumunu pisləyən veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, verilişin aparıcılar Kazuyasu İşida və Yasuhiro İşibaşi yapon tamaşaçılara Azərbaycan, onun coğrafi mövqeyi, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə məlumat veriblər.