Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmirvarlı kəndindən olan Quliyevlər ailəsi övladlarına ata yurdlarında toy etmək arzusundadır

28.10.2020 [12:45]

Xəbərin mətni

Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində məskunlaşan Cəbrayılın Əmirvarlı kəndinin sakinləri doğma yurdlarının azad edilməsinin sevincini yaşayırlar.AZƏRTAC-ın müxbiri xəbər verir ki, düşmən təxribatının qarşısının alınması məqsədilə şanlı ordumuzun başlatdığı zəfər yürüşü zamanı azad edilən Cəbrayılın kəndlərindən biri də Əmirvarlıdır. Kənddən olan ailələrin ümid və inamla gözlədikləri bir-birindən fərqli arzular var. Bir an öncə doğma kəndlərinə qayıtmağı gözləyən Quliyevlər ailəsinin arzusu öz doğma el-obalarında toy şənliyi etməkdir.