Belarusun səfiri Gəncəyə səfər edib
28.10.2020 [13:08]
Xəbərin mətni
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, səfir Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən erməni terrorunun izləri ilə tanış olacaq, dağılmış evlərə baxacaq, həlak olan və yaralanan ailələrin yaxınları ilə görüşəcək.