SİYASƏT


TBMM-in Sədri: Türkiyə haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək

Türkiyə indiyədək olduğu kimi, bundan sonra da tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsasən haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək.AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop bildirib.