Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Özbəkistanın Xalq Çalğı Alətləri Ansamblı Gəncə və Bərdə şəhərlərində törədilmiş qətliamlarda həyatını itirənlərin xatirəsini yad ediblər

30.10.2020 [12:09]

Özbəkistanın Xalq Çalğı Alətləri Ansamblı (SOQDİANA) Ermənistanın Azərbaycanın Gəncə və Bərdə şəhərlərində dinc əhaliyə, uşaqlara qarşı hərbi cinayəti, törədilmiş qətliamlarda həyatını itirənlərin xatirəsini Azərbaycan bəstəkarı Hacı Xanməmmədovun əsəri ilə yad etdi. Bununla əlaqədar hazırlanmış xüsusi videomaterial Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edildi.