Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
30.10.2020 [14:53]
Xəbərin mətni
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatları davam etdirirlər.Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Xəyal Əsədli saxlanılıb.