SİYASƏT


Almaniyanın ictimai televiziya kanalı Tərtərdən reportaj yayımlayıb

Almaniyanın ictimai televiziya kanalı olan “ARD”nin “Tagesschau” verilişində Azərbaycana səfər etmiş jurnalist Oliver Mayer-Rütün Tərtərdən hazırladığı “Dağlıq Qarabağda müharibə” mövzusunda reportaj yayımlanıb.AZƏRTAC xəbər verir ki, reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınır. Bildirilir ki, hazırda hərbi əməliyyatların aparıldığı Qarabağ Azərbaycanın tərkib hissəsi olub və Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın ərazisi kimi tanınan bölgədə 4 həftədir ki, şiddətli döyüşlər gedir.Reportajda, həmçinin Tərtər sakinləri Xalid Hümbətovun və Hicran Əmrahovanın müsahibələri də yer alıb. Eyni zamanda, Ermənistanın raket hücumları nəticəsində Tərtərdə dağılmış evlər və mülki infrastruktur obyektləri nümayiş etdirilib.