DÜNYA


İzmirdə zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 25-ə, yaralananların sayı 804 nəfərə çatıb. Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.Dağıntılar altından zəlzələdən 17 saat sonra daha üç nəfər çıxarılıb. Onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.
Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır