SİYASƏT


Kolumbiya telekanalında Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb

Kolumbiyanın çoxmilyonlu izləyici auditoriyasına malik “Ultima Hora” internet televiziyasında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri barədə müsahibəsi efirə gedib.AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzü, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması barədə məlumat verib.