Vüsal Qasımlı: Düşmənin dinc əhalini hədəfə alması terror aktı kimi qiymətləndirilərək bütün dünyanı heyrətə salıb
31.10.2020 [17:43]
Xəbərin mətni
Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və Ordumuzun gücünü sübut edir. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə Ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır.