SİYASƏT


Milli Məclis Sədrinin müavini Adil Əliyev Kişineuda soydaşlarımızla görüşüb

Prezident seçkilərini müşahidə etmək məqsədilə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisin Sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti ilə birlikdə Kişineu şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclərlə görüş keçirib.