CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

Noyabrın 2-də səhər saatlarından başlayaraq Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti profilaktik təbliğat işlərinə start verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsilə Xırdalan şəhəri, Mehdiabad və Novxanı qəsəbələrində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərdə yarana biləcək sıxlığın qarşısının alınması və ticarət obyektinin dezinfeksiya vasitələri ilə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb.