SİYASƏT


ABŞ-ın nüfuzlu telekanallarında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışılıb

ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə noyabrın 1-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun qarşısında nümayiş keçirilib.Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los-Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən, aksiyada cəmi 400-500 nəfər iştirak edib.