SİYASƏT


Prezidentin köməkçisi: Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətlərinin qarşısını almağa çağırırıq

Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir. Sentyabrın 29-dan indiyədək Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə deyib.