CƏMİYYƏT


Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyinin rəhbərliyi Gəncəyə səfər edib

Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü və TARSİM idarəedici şirkətinin rəhbəri xanım Serpil Günalın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər ediblər.AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, türkiyəli qonaqlar cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.