SİYASƏT


Dövlət Bahçeli: Terrorçu dövlət olan Ermənistan yenə də dinc azərbaycanlı əhalini hədəfə alır

Azərbaycanın haqlı və inamlı mübarizəsi günbəgün müsbət nəticə verməkdədir. Dağlıq Qarabağ işğaldan sürətlə azad edilməkdədir. Terrorçu dövlət olan Ermənistan isə yenə də dinc azərbaycanlı əhaliyə qarşı raket hücumları həyata keçirir, qatil olduğunu bir daha göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.