SİYASƏT


“UA-Perşiy” telekanalı raket atəşinə tutulan Tərtərdən reportaj yayımlayıb

Ukraynanın “UA-Perşiy” Milli İctimai Televiziya Kanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərinə raket hücumu barədə xüsusi reportaj yayımlayıb.AZƏRTAC xəbər verir ki, telekanalın çəkiliş qrupu reportajda xüsusilə Ermənistan tərəfindən Tərtərdə Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə edildiyini vurğulayıb. Tərtərdə partlamayan fosforlu mərmilərin Azərbaycan tərəfindən zərərsizləşdirildiyi diqqətə çatdırılıb.