SİYASƏT


“Karabakh is Azerbaijan!" Milli Platforması müxtəlif ölkələrdəki erməni terror təşkilatları haqqında məlumatlardan ibarət video yayıb

İnformasiya müharibəsində iştirakçı edən "Karabakh is Azerbaijan!" Milli Platformasının fəaliyyət istiqamətlərindən biri də araşdırma sahəsidir. Platforma müxtəlif ölkələrdəki erməni terror təşkilatları haqqında məlumatlardan ibarət olan video yayıb.“Karabakh is Azerbaijan!” Milli Platformasından AZƏRTAC-a bildiriblər ki, videoda indiyədək fəaliyyət göstərmiş, dünyanın müxtəlif ölkələrində terror aktları törətmiş 13 erməni terror təşkilatı haqqında məlumatlar toplanıb. Videoda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin açıqladığı arxiv sənədlərindən istifadə edilib.