SİYASƏT


Yaponiya ictimaiyyətinin nümayəndələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

Azərbaycanın Yaponiyadakı səfirliyində Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı son təcavüzü mövzusunda Yaponiya ictimaiyyətinin məlumatlandırılması məqsədilə növbəti tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Yaponiyada yüksək nüfuza malik olan “The International Friendship Exchange Council” (FEC) təşkilatı üçün təşkil olunan tədbirdə bu təşkilatın prezidenti Ken Matsuzava və digər rəhbər üzvləri iştirak ediblər.