CƏMİYYƏT


Qazaxlı məktəblidən hərbçilərimizə dəstək

Torpaqlarımızı işğaldan azad edən hərbçilərimizə hər kəs arxa cəbhədə dayaq, kömək olmağa çalışır. Bu da təbii ki, xalq-ordu birliyinin təzahürüdür. Xalqımız bir yumruq kimi birləşib. Böyükdən-kiçiyə hər kəsin arzusu Qarabağımızın düşmən işğalından azad edilməsidir.
AZƏRTAC xəbər verir ki, Qazax rayon Kosalar kəndində yaşayan məktəbli özünə saz almaq üçün yığdığı pulu tərəddüd etmədən silahlı qüvvələrin yardım fonduna keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır