Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda yağış yağacaq

07.11.2020 [15:44]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-16° isti olacağı ehtimal edilir.