CƏMİYYƏT
Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib
07.11.2020 [16:40]
Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib.
ANAMA-nın əməkdaşı Şahin Allahverdiyev AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, 206 millimetrlik 9N33 raketi "OSA" zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
05.06.2023 [12:16]
04.06.2023 [15:36]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
05.06.2023 [15:09]