SİYASƏT


Düşmənin atəş nöqtələrini susdurmaq üçün yalnız sərhədlərimiz çərçivəsində tədbirlər görülür

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib. Anar Eyvazov bildirib ki, Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərdə baxış zamanı əldə edilən sənədlər və digər kəşfiyyat materiallarından aydın olur ki, Azərbaycan Ordusu həm də muzdlularla mübarizə aparır.