SİYASƏT


Prezident İlham Əliyev: Torpaqlarımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir. Eşq olsun bizim əsgərlərimizə!

Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində ordu quruculuğundan danışarkən söyləyib.