SİYASƏT


Azərbaycan Prezidenti: Bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə siyasi baxışlarından asılı olmayaraq biz hamımız birləşə bilirik

Mən bu günlərdə bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik olan insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib.