SİYASƏT


Efiopiyanın nüfuzlu EBS TV kanalı: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin nüfuzlu, geniş auditoriyaya malik olan televiziya kanalı EBS TV-yə müsahibə verib. Səfir Efiopiya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumatlandırıb, Azərbaycan dövlətinin xalqımızın əzəli tarixi torpaqlarını işğaldan azad etmək və işğalçı Ermənistanı sülhə məcbur etmək məqsədilə özünü müdafiə etmək hüququndan istifadə etdiyini izləyicilərin diqqətinə çatdırıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.