SİYASƏT


Kiyevdə Azərbaycanın Türkiyəyə hədiyyə etdiyi Atatürkün büstünün açılış mərasimi keçirilib

Kiyevdə Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən hazırlanan Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstünün açılış mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyənin Ukraynadakı səfirliyində təşkil olunan açılış mərasimində Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları, KİV nümayəndələri iştirak ediblər.