Prezident: Vətən müharibəsində fərqlənmiş hərbçiləri təltif etmək üçün yeni orden və medallar təsis olunacaq
11.11.2020 [19:05]
Xəbərin mətni
Mən artıq göstəriş vermişəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar sizin də, Azərbaycan xalqının da xoşuna gələcək.AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə bildirib.