SİYASƏT


Dövlət Baxçalı: Paşinyan razılaşmanı Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı

Böyük məmnuniyyətlə ifadə edirəm ki, Qarabağda 30 ilə yaxındır davam edən düşmən hegemonluğuna tarixi zərbə endirildi, Can Azərbaycan böyük qəhrəmanlıqla torpaqlarını geri aldı. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Paşinyan məlum razılaşmanı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu hesabına qəbul etmək məcburiyyətində qaldı.AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında söyləyib.