SİYASƏT


ATƏT PA-nın Daimi Komitəsinin iclasında Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın kapitulyasiyası haqqında danışılıb

ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin onlayn iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ATƏT PA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, Büro üzvləri və assambleyanın xüsusi üzvləri iştirak ediblər.
Görüşdə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib.