Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq

13.11.2020 [14:31]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI