Temperatur 5-7° aşağı enəcək
14.11.2020 [12:45]
Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i axşamdan 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.
Sabah axşamdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Havanın temperaturu tədricən 5-7° aşağı enəcək.