SİYASƏT


Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin və Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış əhalinin çıxarılmasına paralel olaraq, oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri və qüvvələri rayon ərazisinə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 15-də keçirilər brifinqdə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.
General-mayor bildirib ki, Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən Kəlbəcərə bitişik olan və bu günədək Ordumuzun nəzarətindəki ərazilər minalardan təmizlənib.