SİYASƏT


Prezident İlham Əliyev: Əminəm ki, Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutacaq

Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən bildirib.