SİYASƏT


Prezident: İndi rəzil duruma düşən ermənilər bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər

İndi ermənilər bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam vəziyyətə düşdü.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ermənistandakı vəziyyətdən danışarkən bildirib.