Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam Cümə məscidində 27 ildən sonra ilk dəfə azan səsləndirilib

20.11.2020 [14:29]

Ermənistanın işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi noyabrın 20-də Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.
Dindarlar məsciddə azan verib, namaz qılıblar.