MƏDƏNİYYƏT


Ermənistan dağıtdığı bütün tarixi abidələr və mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir

Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illərdən bəri düşmən tapdağı altında olan Azərbaycan torpağı Qarabağı işğaldan azad etdi. Bu, bizim üçün tarixi bir qələbədir. İndi xalqımız çox böyük qürur hissi keçirir. Bu prosesdə Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Çox sevindirici haldır ki, tarixi bir məqamda Azərbaycan bir yumruq olaraq birləşərək düşməni torpaqlarımızdan qovdu. İndi biz Qarabağımızı canlandırıb ona yeni həyat verməliyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.