Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
21.11.2020 [14:11]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8°, gündüz 8-11°, Bakıda gecə 6-8°, gündüz 8-10° isti olacaq.