MƏDƏNİYYƏT


Boyanmamış yundan toxunan xalçaların ömrü daha uzun olur

“Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı layihə həyata keçirilib. Əməkdar rəssam, Milli Xalça Muzeyinin eksperti Məmmədhüseyn Hüseynovun sözlərinə görə, layihə çərçivəsində qədimdən bu yana milli xalçalarımızın hansı rəng üslubunda və hansı rəng materialları ilə boyandığı öyrənilib. Muzeyin kolleksiyasında qorunan beş klassik xalçanın replikaları toxunub. Bu xalçalar arasında həm qoyunun öz təbii yunundan, həm də təbii boyaq maddələri ilə boyanmış yunlardan toxunan xalçalar var. Təbii boyaqla boyanan iplərlə, təbii yun iplər arasında böyük fərqlər var. Boyanmamış yundan toxunan xalçaların ömrü daha uzun olur.