SİYASƏT


Prezident: Biz Koçaryan, Sarkisyan ordusunu, Xocalı qatillərini məhv etmişik, onları qabağımızda diz çökdürmüşük

Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik, onları qabağımızda diz çökdürmüşük.AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri işğaldan azad edilmiş Ağdam şəhərində olarkən söyləyib.