Qusarda 464 yerlik məktəb binasının əsaslı təmiri yekunlaşmaq üzrədir
25.11.2020 [11:49]
Xəbərin mətni
Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri yekunlaşdıqdan sonra 464 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. Hazırda təmir-bərpa işlərinin 90 faizdən çoxu başa çatdırılıb.