İDMAN


Maradonanın ölümü ilə bağlı Argentinada matəm elan olunub

Dünya futbolunun əfsanələrində biri olan Dieqo Maradonanın ölümü ilə əlaqədar Argentina Prezidenti Alberto Fernandes ölkədə üçgünlük matəm elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır