MƏDƏNİYYƏT


Mənsum İbrahimov Ağdam şəhərində “Qarabağ şikəstəsi”ni ifa edib

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovla işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub. Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ifanı böyük maraqla dinləyiblər.